Xos geldiniz---Burada istediyiniz her seyi tapa bilersiniz
  Biografiyasi
 

         Bioqrafiya                


        Kazimova Aygün Elesger qizi 26 yanvar 1971-ci (Qaban ili) ilde Baki seheri Nizami rayonu 1 nömreli dogum evinde (Dolça bürcü altinda) dünyaya gelmisdir. Ailenin dördüncü - sonuncu övladidir. Dünyaya gelmesi planlasdirilmayan Aygün 7 ayliginda iken vaxtsiz dogulub. Atasi  Elesger bey dogum evine  heç Aygünü götürmeye bele getmeyib. Onu eve anasi Fizze xanim ve nenesi birge getirib. Ilk günler acigindan Aygünün üzüne bele baxmayan atasi bir gün öteri olaraq körpe  Aygünün gül üzüne baxir ve heyecan keçirir .Çünki körpe Aygünün Böyük Veten Müharibesine gedib-qayitmayan qardasina çox benzediyini görür...Hemin günden atasi balaca Aygünü “elinin içinde” saxlamaga baslayir, onun bütün isteklerini yerine yetirir ve onu çox erköyün böyüdür.
        Balaca Aygün 1977-ci ilde 12 sayli mektebin 1-ci sinfine qedem qoyur. Tezlikle o, bütün müellimlerinin ve sinif yoldaslarinin sevimlisine çevrilir. Mektebin en vacib tedbirlerinde Aygünün mahnilar ifa etmesi, onu bu illerde  daha da heveslendirir. Aygünün mahni oxumasini  anasi Fizze xanim istemese de, atasi : “Hele usaqdir,qoy oxusun” deyirmis.
        8-ci sinifde oxuyarken atasini itiren mektebli qizcigaz - Aygünün çox çetin anlari baslayib.
        Hele orta mektebde tehsil alarken o, “Hendbol üzre yigma komanda”nin qapiçisi ve kapitani  idi. Aygünün hendbol komandasinda istiraki ve komanda yoldaslariyla elbir oyunlari – yigmanin bir çox ugurlar qazanmasina sebeb olub. Aygünün komandadaki meharetli oyunu yigmanin bir çox yarislardan alniaçiq-üzüag çixmagina kömek olub. Lakin bu komandada sona qeder kapitanliq etmek yeniyetme-genc Aygüne qismet olmur. Aile problemleri, senet esqi Aygünün idmandan ayrilmasina sebeb olur...
        1986-ci ilde Medeni Maarif texnikumunda oxuyan Aygünün tehsili müeyyen sebeblerden  yarimçiq qalir. O dövrlerde Aygün “Qaya” Vokal Instrumental ansamblinin solisti olaraq fealiyyet gösterir.
        Usaq iken, ilk defe olaraq Xeyransa Memmedovanin “Ana kür” mahnisi ile mügenni olmaga qerar veren Aygün 1988-ci ilde “Baki Payizi” müsabiqesine qatilmaqla  böyük sehneye ilk addimini atir. “Yarim esitsin meni” mahnisiniyla  1-ci yere layiq görülen Aygün bu müsabiqede bir çox dahilerin diqqetini özüne celb ede bilir.
        Müsabiqenin redaktoru Mikayil Vekilov Aygünü ilk defe dinleyerken, “Bu qiz kimdirse, Xalq Artistidir” deyir. Müsabiqeden sonra onu artiq hami tanimaga baslayir.
        Müsabiqeye qeder “Ozan” qrupunda ve Azerbaycanin en yaxsi bestekarlarindan birisi olan  Vaqif Gerayzadenin “Aypara” qrupunda solist kimi çalisan Aygün, sonradan ilk addimlarini Cavansir Quliyev, Eldar Mansurov kimi böyük bestekarlarla davam etdirir. Aygünü AYGÜN eden, esasen onun adlari çekilen üç müellimi olmusdur. Aygün müsahibelerinde en sevimli musiqi müellimleri olaraq hemise Vaqif Gerayzade, Cavansir Quliyev ve Eldar Mansurovun adini fexrle, xüsusile qeyd edir. Bu üç bestekarla Aygün böyük layiheler heyata keçirir, neçe-neçe musiqi sedevrlerinin, neçe-neçe super hitlerin  ortaya çixmasina sebeb olur. Aygünün ifasinda seslenen her bir mahni tezlikle  sevilir, tez yadda qalir, diller ezberine çevrilir.
        Dahi bestekar Tofiq Quliyevin müsahibelerinde “Aygün Azerbaycan estrada musiqisi üçün esl tapintidir” demesi Aygüne qol-qanad olur ve o, bütün çetinliklere baxmayaraq senetde, böyük sehnede iri addimlarla addimlayacagini özüne söz verir.
        1989-cu ilde 24 dekabda  genclik sevgisi - keçmis heyat yoldasi Ilqar Ibrahimovla evden qaçir. 1990-ci ilin 7 oktyabrinda gözel-göyçek körpe qizi Ilqare dünyaya gelir. Çox qisa müddet sonra Aygün 1991-ci ilde heyat yoldasindan ayrilir. Buna esas  sebeb ise, heyat yoldasinin Aygüne sehneye çixmaga icaze vermemesi, tüfeyli heyat terzi keçirmesi, Aygünü her gün incitmesi olub.
        1993-cü ilde, genc Aygün növbeti heyat zerbesini alir.O, anasi Fizze xanimi da itirir.
        Merheleli sekilde basina gelen çetinliklere, aldigi zerbelere baxmayaraq  Aygün 1989-cu ilde Yurmala da keçirilen musiqi müsabiqesinde, 1992-ci ilde “Asiyanin sesi” , 1996 ci ilde “Türkvizyon” müsabiqelerinde de Azerbaycani layiqince temsil edir.
        Basina gelenlerden qurtulus yolu kimi, Aygün növbeti evliliye üz tutur. 1994-cü ilde Rza Quliyevle aile quran Aygün yeniden sehneden uzaqlasmali olur. Sonradan bu evliliyi de Aygün xanima xosbextlik getirmir...
        1995-ci ilin Yeni il bayraminda, Aygün uzun fasileden sonra Dövlet Televiziyasinin efirine çixir. Beyaz geyimde - hezin “Mavi dünyamsan” mahnisini ifa etmesi onun sehneye yeniden qayidisi idi.
        Amma 1996-ci ilde Aygünün heyat yoldasi hebs olunur. Bununla da Aygüne növbeti  heyat zerbesi deyir. Lakin, ona da AYGÜN deyerler...O sinmir ve heyat yollarinda iri addimlarla öne gedir..
        1998-ci ilde Aygünün “Geceler keçir”, “Vokaliz” mahnilari ve bu mahnilara çekilen klipler böyük ses-sedaya sebeb olur. Ardinca onun yarimçilpaq sekilleri metbuatda yayimlanir ve  Aygün bununla özü haqqinda daha da böyük söz-söhbetlerin danisilmasina sebeb olur. Bu layiheler Aygünün – “toxum”lari yeni-yeni sepilen Sou – Biznesde böyük partlayisla çixisi idi. Hemin dövrlerde onun haqqinda danisilan bütün qeyri-etik söz-söhbetlere Zeyneb Xanlarova son qoyur. Xalq Artistimizin efirde “Aygüne her sey yarasir ve biz onu bele qebul elemisik” demesi Aygüne çox böyük destek olur.
        1999-cu ilin 10 aprel tarixinde, Heyder eliyev adina sarayda onun ilk böyük - “Aygün, bir gün” adli solo konserti bas tutdu ve Aygün bununla daha da populyarlasirdi - sevildi.Onun haqqinda gezmeyen saiye, deyilmeyen söz yox idi. Amma, o haqqinda daha çox söz-söhbet gezmesi üçün, haqqinda daha çox danisilmasi üçün elinden geleni edirdi. Saçlarini her defe bir renge, bir formaya salrdi, her defe yeni bir imic formasinda, yeni bir geyimde, yeni obrazlarla efire çixirdi. Bütün bunlara öyresen Azerbaycan publikasi ise Aygünün her çixisda ne ise sok hereketler edeceyini evvelceden bilir ve bunu sebirsizlikle, maraqla gözleyirler.
        2000-ci ilde Heyder eliyev adina sarayda “Ya devuska vostoçnaya” adli solo konserti onun Azerbaycanda en aktual ve en sevilen insan oldugunun bir daha sübutuna çevrildi. Bu ilde ilin mügennisi, ilin konserti “Aygün - bir gün”, ilin hiti “Geceler” Qrand milli mükafatina layiq görülür.
        Bu illerde Aygün Kazimova 2 defe ilin mügennisi, ilin konserti, 3 defe ilin en hit mahnisi  “Geceler keçir” , “Ya i ti” , “Seklimi çek” Qrand milli mükafatina layiq görülür.
        2001-ci ilde 2 il birlikde oldugu sevgilisinden ayrildiqdan sonra depressiyaya düsen Aygün bir daha sevenlerine sözün heqiqi menasinda heyecan yasatdi. Sentyabrin evvelinde Sankt-Peterburqa yola düsen Aygün çox böyük bir riske el atdi. 8 saatliq plastik emeliyyata heyati bahasina imza atdi. Bu emeliyyat Aygünün son nefesi bahasina basa gele bilerdi...Ona göre de Aygün, rejissorlugunu Ülviyye Könülün üstelediyi emeliyyat kadrlarinin çekilmesini ve Xanim Ismayilqizinin “Tez gel” mahnisina çekilen klip seklinde tamasaçilara teqdim edilmesini vesiyyet edir. Bir sözle - esl dehset!
        Çox keçmeden 2001-ci il 24 noyabr tarixinde onun “Qeyri - adi sou - Seklimi çek” adli solo konserti Heyder eliyev adina idman ve konsert kompleksinde bas tutdu. Konserte 40 derece qizdirmada çixan Aygün esl sounun ne demek oldugunu bir daha gösterdi  ve yene de nömre 1 oldugunu tesdiqledi.
        2002-ci ilde “Best Model of the World” model yarismasinin prezidenti, türkiyeli is adami  Erkan Özermanin seçimi ile “Best Model of Azerbaijan - 2002” müsabiqesine teskilatçiliq eden Aygün bir neçe ay gündemi mesgul etmeyi bacardi. Türkiyeli model Mert Kilic ile “ask yasadigini” deyen Aygün müsabiqeye böyük reytinq qazandirdi. Yarisma bitenden sonra “Mert aski” da bitdi. Bu müsabiqeye Türkiyeden ve Rusiyadan qonaqlar da devet olunmusdu. Hemin müsabiqe yüksek seviyyede teskil olduguna göre 94 ölke arasinda birinci yere layiq görüldü.
        2002-ci il dekabrin 24-ü Aygün “Azerbaycan Respublikasinin emekdar Artisti” adina layiq görüldü. Bu adin qiymeti ondadir ki, bu ad dahi Heyder eliyev imzasi ile verildi.
        evvelki illere nisbeten, 2002-2003-cü iller Aygün üçün çox ugurlu iller hesab oluna biler. Mehz bu illerde Aygün tez-tez qardas Türkiye dövletine isgüzar ve yaradiciliq seferleri edir, Türkiye meshurlarinin verilislerine devet alir ve her devet aldigi verilisde seviyyeli sekilde Azerbaycan qizinin da esl sou göstere bildiyini türk publikasina çatdirirdi.
        2003-cü ilde “Veten anadir”, “Bir söz yeter” mahnilarina çekdirdiyi klipleriyle özünü rejissor kimi sinadi ve klipler çox ugurlu alindi.
        2004-cü ilde meyxanaçi Namiq Qaraçuxurlu ile “Sevdi ürek” adli ilk dueti böyük maraga sebeb oldu. Daha sonralar bir çox duetler ifa eden cütlük ayri-ayrilqda da fealiyyetlerini davam etdirirler.
        2005-ci ilde “Mesedi Ibad-94” filminde xarakterine uygun Senem obrazini canlandirdi. Hemin ilde Arif Qaziyevin çekdiyi “Xari bülbüller” filminde yaratdigi Xan qizi Natevan obraziyla aktrisa kimi, bestelediyi “Seversenmi”, “Bir gün” mahnilari ile bestekar kimi de özünü sinamis oldu.
        2006-ci ilin 26 yanvarinda, Moskvanin böyük Kreml sarayinda verdiyi möhtesem konsertile hem de öz 35 illik yubileyini xarici hemvetenleri ile qeyd etmis oldu. Meshur ve sevilen rus mügennisi Filip Kirkorov ile Calma duetini ifa etmesi ve Filip Kirkorovun sehnede Aygünün qarsisinda diz çökerek Azerbaycana, azerbaycan xalqina – Azerbaycan qizi Aygüne öz esqini bildirmesi emekdar Artistimizin növbeti uguru idi.
        2006-ci ilin 3 may tarixinde nehayet ki, Heyder eliyev adina sarayda “Xari bülbüller” filminin teqdimati keçirilir. Teqdimat evvelce filmin tamasaçilara nümayisi, mugam ifaçilarinin ve sonda Aygün xanimin “Azerbaycan” mahnisini ifa etmesi ile keçirilir.
        2006-ci ilin 24 noyabr tarixinde, Aygün xanimin ikinci defe teskilatçiligi ile “Best Model of Azerbaijan - 2006” model müsabiqesi keçirilir. Bu defeki yarismaya da xaricden fexri qonaqlar devet olunmus, onlar yüksek seviyyede qarsilanmis ve tebii ki, Aygün xanimin simasinda Azerbaycan qonaqperverliyinin bir daha sahidi olmuslar. Yarismanin neticesinde seçilmis qalib cütlük hemiseki kimi Türkiyeye - Azerbaycani temsil etmek üçün gönderilmis, ad qazanib Vetene qayitmislar. 
        2007-ci ilin 20 iyun tarixinde, Azerbaycanda - Xalq Artistimiz Zeyneb Xanlarovadan sonra böyük mesuliyyeti öz üzerine götürerek Tofiq Behremov adina Respublika stadionunda verdiyi “Öpsen” adli konserti de Divamizin növbeti hay-küylü layihesi oldu.
        Azerbaycanin en meshur, en sevilen, en regbet beslenilen mügennisi qazandigi bütün ugurlara göre ilk önce Allaha, sonra müellimleri Vaqif Gerayzade, Eldar Mansurov, Cavansir Quliyeve ve etdiyi her bir addimi qiymetlendirdiyi, layiqince deyerlendirdiyi, desteklediyi üçün perestiskar – fanat ordusuna borclu oldugunu bildirir...
        Aygün xanimin ümumilikde 10 albomu, onun istiraki ile 34-den artiq klipi isiq üzü görmüsdür. Bir neçe xarici ölkede ve Vetende konsert layiheleri ile çixislari olmusdur:
1999 - 10 aprel - Heyder eliyev adina saray – “Aygün, bir gün - Geceler”
2000 - Heyder eliyev adina saray – “Ya devuska Vostoçnaya”
2001 - Heyder eliyev adina saray – “Aygün & Mustafa Sandal”
2001 – 23 noyabr -  Heyder eliyev adina idman-konsert kompleksi – “Qeyri-adi sou – Seklimi çek”
2002 – 5 aprel - Heyder eliyev adina saray – “Aygün & Lolita - Jenskie istorii”
2002 – 5 may -  Heyder eliyev adina saray – “Gelersiz-görersiz”
2003 – 24 may - Heyder eliyev adina saray “Aygün & Nez - Stereo effekt”
2005 – 28 may – Rusiya – Novossibirsk - “Ya devuska Vostoçnaya”
2006 – 26 yanvar – Moskva – Kreml - “Ya devuska Vostoçnaya – 20 il sehnede”
2007 – 20 iyun – Tofiq Behramov adina respublika stadionu – “Öpsen”
        Aygün xanimin sevdiyi rengler : Firuzeyi, narinci, ag ...
        Yemekler : Azerbaycan metbexi – Dovga, Plov, Seki Pitisi, Qutab ve s...                                             etir : Dolce & Gabanna, NARCISO RODRIGEZ
        Bestekarlari : Cavansir Quliyev, Vaqif Gerayzade, Eldar Mansurov...
        Aygün Azerbaycan estradasi tarixinde gündemi uzun müddetdir elinde saxlamagi bacaran en ses-küylü mügennidir. Aygün bütün Azerbaycan xalqinin sevimlisidir. Vaxtasiri bir çox hereketleri düzgün anlasilmasa da, zaman keçdikce qebul olunmusdur. Indi de bir çox hereketleri ses-küye sebeb olsa da, sonradan qebul edilir. Hami Aygünü decel, siltaq qiz obrazinda görür, bele de qebul edir. Bir vaxtlar Azerbaycanda yegane kanal olan AZTV-de efirlere buraxilmayan Aygünün mümkün olan bütün tele-radio layihelerin ilk ve ya tenteneli xüsusi buraxilislarinin fexri qonagi, dövlet tedbirlerinin en gözlenilen simasi olmasi da tesadüfi deyildir...Bir çox layiheler Aygünün adi ve ya istiraki ile heyata keçirilir. Azerbaycan  sou-biznesi ile bagli hazirlanan bütün verilisler demek olar ki, Aygün Kazimova ile bagli süjetlerin üzerinde qurulur. Geyindiyi her bir geyimi debe mindiren, sürdüyü her bir avtomobili qadinlara sevdiren – Aygün Kazimovadir. Mehz onun etdiyi bir çox hereketler Azerbaycanda bir müddet sonra demek olar ki, ekser qizlarin hereketine çevrilir. Çünki Azerbaycanda faktiki olaraq en reytinqli, en çox maraq doguran ve sevilen senetçi – Aygün Kazimovadir.
        O, basina gelenlerle “Heyat qadini” obrazini istemeden “oynayan”, heyat zerbelerinin qarsisinda merdi-merdane sine geren birisidir, o Serq qizidir, o Azerbaycanda sounu biznese çeviren, sou-biznesin esasini qoyanlardandir, o Azerbaycan respubliksinin nömre 1 emekdar Artistidir, o en cavan korifeyimizdir, o “canli efsanemiz”dir, o sadece adi gelende haminin diqqetini yayindiran Aygündür.
 
 
 
  mikrobus.tr.gg